Sabah" basketbol klubunun yeni baş məşqçisi məlum oldu

İDMAN
12:25 / 17.05.2026
43

"Sabah" basketbol klubunun yeni baş məşqçisi bəlli olub.

AZƏRTAC Litva mətbuatına istinadən xəbər verir ki, mövsümün sonunda komandadan ayrılan Rimas Kurtinaytisi Lazar Spasiç əvəzləyəcək.

Serbiyalı mütəxəssisin təyinatının yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Lazar Spasiçin son iş yeri Almaniyanın "Oldenburq" klubu olub. O, ölkəsinin bir neçə komandasında da çalışıb.

0