UEFA Azərbaycan yığmasının üzvünü ağır cəzalandırdı

İDMAN
12:57 / 20.05.2026
47

Azərbaycanın 19 yaşadək qadınlardan ibarət futbol milli komandasının yarımmüdafiəçisi və “Sabah”ın müdafiəçisi Aysu Əsədova UEFA tərəfindən cəzalandırılıb.

HİT.az xəbər verir ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi 17 aprel 2026-cı ildə keçirilən Azərbaycan - Gürcüstan matçı ilə bağlı qərar qəbul edib. Qərarda Aysu Əsədovanın rəqib futbolçuya hücum etdiyi göstərilib.

UEFA-nın İntizam Reqlamentinin 15(1)(e) DR maddəsinə əsasən, futbolçu milli komandalar arasında keçirilən UEFA yarışlarında üç oyunluq diskvalifikasiyaya məruz qalıb.

Xatırladaq ki, sözügedən görüş 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutub. Azərbaycan millisi Gürcüstana 1:4 hesabı ilə uduzub. UEFA-nın matç səhifəsində Əsədovanın qırmızı vərəqə aldığı da göstərilir.

0