Azərbaycan millisinin Avstriya toplanışı üçün heyəti açıqlandı

İDMAN
14:10 / 23.05.2026
44
Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
 
Bu barədə HİT.az-a AFFA-dan məlumat verilib.
 
Baş məşqçi Ayxan Abbasov heyətə 28 futbolçu cəlb edib və onlarsan 6-sı legionerdir. Həmin futbolçular ABŞ, Polşa, Bolqarıstan, Cənubi Koreya,. Albaniya və Almaniyada çıxış edir.
 
Komanda mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq. Milli Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
 
Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda keçiriləcək hər iki görüşün Bakı vaxtı ilə saat 22:00-da başlanması planlaşdırılır.
 
0