“Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılov komandadan ayrılıb.
Hit.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ə.İsmayılov klub rəhbərliyi ilə görüşərək komandadan ayrılmaq istədiyini bildirib. Son 3 mövsümdə komandada məşqçi kimi fəaliyyət görərən Ə.İsmayılovun müraciəti müsbət cavablandırılıb.


