Şəhriyar Məmmədyarov 4 saata 21 qələbə qazandı

İDMAN
11:52 / 06.05.2020
2197

Mayın 3-də Şəhriyar Məmmədyarovun gənclər üçün keçirdiyi  şahmat üzrə seans yekunlaşıb. 

Üç ölkədən və 9 ştatdan idmançılar burada iştirak ediblər.

Azərbaycanı 2 gənc və perespektivli şahmatçı - Ziya Həsənli və Elvin Baim seansda təmsil ediblər. Həmçinin, ABŞ idmançısı olan 10 yaşlı Ryo Çen ölkə çempionu olub. O, həmyerlimiz Rəşad Babayevin tələbəsidir.

Qeyd edək ki, turnirdə 21 oyun keçirilib. Şəhriyar Məmmədyarov bu görüşlərin hamısında qələbə qazanıb. İdmançımız 4 saat ərzində bütün rəqiblərinə qalib gəlib./Qafqazinfo

0