Fatih Terimdən nümunəvi addım: Maaşından imtina etdi

18:30 / 13.05.2020
1483
Türkiyənin “Qalatasaray” futbol komandasının texniki direktoru Fatih Terim rəhbərliyə mesaj göndərərək, 2 aylıq maaşının təxirə salınmağını istəyib.
 
Hit.Az xəbər verir ki, təcrübəli məşqçi oyunçulara maaş verilmədiyi təqdirdə öz maaşını da ala bilməyəcəyini söyləyib: “Onlara pul ödədiyiniz zaman mənə də ödəyəcərsiniz".
 
Beləliklə, o, hələ ki, 600 min avro maaşını almaqdan imtina edib.
0