Məşhur musiqiçi dünyasını dəyişdi - FOTO

MAQAZİN
22:47 / 24.08.2021
2195

“The Rolling Stones” rok-qrupunun zərb aləti ifaçısı, məşhur britaniyalı musiqiçi Çarli Uotts 80 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə musiqiçinin nümayəndəsi Bernard Doerti məlumat yayıb. Uotss Britaniyada xəstəxanaların birində vəfat edib.

Çarli Uotts 1963-cü ildən “The Rolling Stones”un tərkibində çıxış edir. O, bütün dövrlərin ən yaxşı zərb ifaçılarından biri hesab edilir.

2