Mələkxanımın qızı bu telekanalda işə başladı - FOTO

10:22 / 21.03.2023
5477

Xalq artisti Mələkxanım Eyubovanın rəssam qızı Nəzrin Nəcəfzadə AzTV-də işə başlayıb.

HİT.az olay-a istinadən xəbər verir ki, o, bu gündən etibarən "Telesəhər" verilişində aparıcılıq edir.

Nəzrin gələn ildən etibarən işə çıxmağı planlaşdırsa da, aktrisa Aidə Cəbiyevanın qəfil proqramdan ayırılması bu prosesi sürətləndirib.

Qeyd edək ki, N. Nəcəfzadə rəssamlıq fəaliyyəti ilə yanaşı, influenser kimi də məşhurdur. O, bir çox brendlərlə əməkdaşlıq da edir.

0