Leonardo Di Kaprio nişanlanıb? - FOTO

MAQAZİN
11:43 / 27.03.2024
342

Hollivud aktyoru Leonardo Di Kaprio və model Vittoria Cerettinin nişanlanma xəbərləri yayılıb. 

HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məşhurlar Los-Ancelesdə görüntülənib. 49 yaşlı Leonardo Di Kaprio və 25 yaşlı Vittoria Ceretti açıq eyvanda yerləşən restoranda nahar ediblər. Bu zaman model Hollivud aktyorunu qucaqlayıb. Paparatsilər Vittoria Cerettinin barmağında üzüyü görüblər.

Leonardo Di Kaprio və Vittoria Ceretti arasında münasibətlər barədə şayiələr 2023-cü ilin mayında ortaya çıxıb. Daha sonra məşhurlar Kannda gəzərkən kameralara tuş gəlib. Sentyabrın əvvəlində aktyor və model İbizadakı gecə klubunda görüntülənib. Fevralın sonunda onıar Los-Ancelesdə gəzərkən yaxalanıblar. 

2022-ci ilin avqustunda Leonardo Di Kaprio model Kamila Morrone ilə ayrılıb. Sevgililər təxminən beş ildir görüşüblər, lakin sosial şəbəkələrdə birgə fotolar paylaşmayıblar və ictimai tədbirlərdə birlikdə poza verməyiblər.

Samir

0