Şakira özündən 16 yaş kiçik aktyorla yaxalandı - FOTOLAR

MAQAZİN
14:55 / 27.03.2024
439

Müğənni Şakira britaniyalı aktyor Lusien Laviskunt ilə ictimaiyyət qarşısına çıxıb. 

HİT.az xəbər verir ki, onların fotolarını "Daily Mail" yayıb.

47 yaşlı Şakira və 31 yaşlı Lusien Laviskunt martın 26-da Nyu Yorkda görüntülənib. Müğənni və aktyor "Carbone" adlı italyan restoranına şam yeməyinə yollanarkən paparatsilərin hədəfinə çevirilib.

Estrada müğənnisi görünüşü üçün qara korset, pencək, enli şalvar, dikdaban çəkmə və dəri çanta seçib. O, saçlarını açıq buraxıb və çılpaq makiyaj edib. 

Şakira futbolçu Cerard Pike ilə uzunmüddətli münasibətdə olub. Ulduzlar 2010-cu ildə görüşməyə başlayıblar. İki il sonra onların ilk övladı Milan, iki ildən sonra isə ikinci oğlu Saşa dünyaya gəlib. 2022-ci ilin yayında müğənni xəyanətinə görə futbolçunu tərk edib. 

Samir

0