Yayla birgə omba-burun mövsümü də başlayır

MAQAZİN
22:16 / 20.06.2024
457

Yay gəlir. Məzuniyyətdən başqa xalqlar gəzmək, istirahət üçün istifa edir. Bizimkilər isə əvvəllər yay gələn kini təmir tikinti, yorğan, döşək sezonu başlayırdı. İndi isə burun kiçildib, arxa böyütmə sezonu başlayır.

Əvvəllər bizim qadınlar bədən xətlərinin paltarın üzərindən sezilməsindən həya edərdilər. İndi maya qoyub özünə, böyük omba düzəltmək, sonra da onu başqalarının gözünə soxmaq dəbi yaranıb.

Bu vulqar, çirkin görüntünü dəbə salanlar da özümüzünkülərdir - Müğənnilərimiz.

Ümumiyyətlə, son 10 ildə cəmiyyətdə dəbdə olan modanın bütün elementlərinin fahişəlikdən gəlməsinin kimsə fərqində deyil? 

Ön yırtıq şalvarlar, böyük dodaqlar, çətirə oxşayan kipriklər, barmaq yoğunluğunda qaşlar, böyüdülmüş sinələr, ombalar. Bu vulqar görüntünü ərəb ölkələrində müştəri tapmaq istəyən fahişələr edirdilər. Bizdə indi pulu olan bütün qadınlar edir.Siz heç Avropada o formada qadın görmüsünüz? Çox çətin.

Biz nə eləməyə çalışırıq?

Az öncə məhəllədə oyun oynayan 4-5 yaşlı qız uşaqlarını seyr edirdim. Gəlinciklə oynamırdılar. Biri o birinə deyirdi ki, böyüyən kimi özünə təzə popo düzəltdirəcək, anasınınkı kimi,sonra da çoxlu pul qazanacaq.

Balacalara verilən örnəyi görürsünüz? 10 ildən sonra təbii görünüşlü adam görəndə ona yadplanetli kimi baxacağıq. Dəyişirik, amma yaxşıya doğru yox.

Murad

0