Tanınmış aktrisa: "2025-ci ildə evlənmək istəyərəm"

MAQAZİN
13:38 / 07.01.2025
235

"Yeni 2025-ci ildən gözləntilərim olduqca böyükdür".

Bu sözləri tanınmış aktrisa Leyla Babayeva Hit.az-a açıqlamasında deyib.

O, 2025-ci ildəki hədəfləri barədə danışıb:

"2024-cü il mənim üçün çox uğurlu keçdi. Həyatımın yaddaqalan illərindən biri oldu. Keçən il bir çox arzumu reallaşdırdım. İnşallah qalan hədəflərimin bir hissəsinə də 2025-ci ildə nail olacağam. Təbii ki, əsas hədəfim karyeramla bağlıdır. Yeni ildə yeni uğurlara imza atmaq istəyirəm. Həmçinin, yüksək reytinqli layihələrdə yer almaq hədəflərim də var".

Leyla Babayeva özü üçün iddialı hədəflər də müəyyən edib:

"Əslində, hədəflər təkcə aktrisalıq ilə yekunlaşmamalıdır. Çünki mənim incəsənətin bir çox sahəsində istedadım var. Sadəcə bir az tənbəllik etdiyim üçün bütün potensialımı üzə çıxara bilməmişəm. Amma inandırım sizi tənbəlliyin daşını atsam aparıcı və ya müğənni ola bilərəm. Görək də, bəlkə yeni ildə belə bir çılğınlıq etdim". 

Aktrisa yeni ildən şəxsi həyatı barədə də gözləntiləri olduğunu etiraf edib:

"Açığı, karyeramla yanaşı, şəxsi həyatımda da yeniliklərin olmasını arzulayıram. Hətta 2025-ci ildə evlənmək istəyərəm. Düşünürəm ki, artıq ailə qurmaq üçün doğru zamandır. Lakin yeganə problem oldur ki, hələlik buna uyğun və layiq namizəd yoxdur. Yəni hələ də evlənməyi düşünəcəyim şəxs qarşıma çıxmayıb. Bəlkə də, onunla da 2025-ci ildə qarşılaşacağıq".

Pərviz

0