Supermodel xeyriyyə fondunun mənimsənilməsində ittiham olunur - Məhkəmə iddiası qaldırdı

MAQAZİN
17:29 / 07.02.2025
56

Supermodel Naomi Kempbell mənimsəmə iddialarına görə böhtan iddiası qaldırıb.

Hit.sz xəbər verir ki, bu barədə WWD məlumat yayıb.

“Mən internetdə şəxsiyyəti saxtalaşdırmağın nə qədər asan olduğuna aydınlıq gətirmək və başqalarının mənim keçdiyim hissləri keçirməsinin qarşısını almaq istəyirəm. Mən istəyirəm ki, məsul şəxslər məsuliyyətə cəlb olunsunlar və ədalət öz yerini tapsın. Vaxtı gələndə daha çox söz deyəcəyəm. Bu hələ başlanğıcdır. Mən heç vaxt şəxsi mənfəət üçün xeyriyyəçiliklə məşğul olmamışam və olmayacam da", deyə Kempbell bildirib.

Bundan əvvəl Naomi Kempbell xeyriyyə fondunun mənimsənilməsində ittiham edilib.

Qeyd edək ki, 2021-ci ilin may ayında Naomi Kempbell ilk dəfə ana olub və qızını dünyaya gətirib. Bu barədə məşhur sosial şəbəkədə danışıb.

2022-ci ilin fevralında isə Naomi Kempbell və qızı "Vogue" jurnalının Britaniya versiyasının üz qabığının qəhrəmanı olub.

2023-cü ilin yayında məşhur qucağında uşaqla fotosunu yayımlayaraq oğlunun doğulduğunu elan edib. Supermodel yeni doğulan körpənin üzünü gizlədib.

2024-cü ilin dekabrında Naomi Kempbellin alman DJ Rampadan ayrıldığı məlum olub. Ulduzlara yaxın bir mənbə supermodel və musiqiçinin həqiqətən bir-birlərinə aşiq olduqlarını və hər dəqiqəni birlikdə keçirmək istədiklərini, lakin sıx iş qrafiki səbəbindən münasibətlərini qoruya bilmədiklərini söyləyib.

Samir

0