Aktrisa və müğənni Selena Qomez və nişanlısı, musiqi prodüseri Benni Blanko 35 milyon dollar dəyərində ilk malikanələrini birlikdə alıblar.
HİT.az xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, ötən ilin dekabrında Selena Qomez və Benni Blanko Beverli-Hillzdə ispan üslublu dəbdəbəli ev almağa sərmayə qoyublar. Cütlük yeddi yataq otağı, on iki vanna otağı, kitabxana və böyük spiral pilləkəni olan malikanə alıb. Mülkdə istixana, fitness mərkəzi və hovuz da var. Əvvəllər mülkün sahibi adı açıqlanmayan məşhur Hollivud rejissoru olub.
Dekabrın 12-də Selena Qomez musiqi prodüseri Benni Blanko ilə nişanlandığını elan edib. O, "Instagram"da sevgilisinin ona hədiyyə etdiyi üzüklə şəklini yerləşdirib. O, böyük markiz kəsilmiş almazla bəzədilib.
2023-cü ilin dekabrında Selena Qomez Castin Biberin dostu, musiqi prodüseri Benni Blanko ilə görüşdüyünü açıqlayıb. Müğənni sevgilisi ilə çəkdirdiyi fotoları nümayiş etdirib.
Samir