Eldəniz Məmmədov: "Restoran biznesi mənlik olmadı"

MAQAZİN
22:53 / 07.07.2026
52

Müğənni Eldəniz Məmmədov bir vaxtlar başladığı restoran biznesini niyə davam etdirə bilmədiyini açıqlayıb.

Sənətçi Qaynarinfo-ya bildirib ki, bu sahədə uğur qazana bilməməsinin əsas səbəbi restoran biznesinin incəliklərini kifayət qədər bilməməsi olub:

"Təxminən səkkiz il əvvəl Bakıda icarəyə restoran  götürdüm. Bir müddət fəaliyyət göstərdim, amma  sonradan işi yarımçıq saxlamaq məcburiyyətində qaldım.  Başa düşdüm ki, bu sahə mənlik deyil. Restoran işlətmək  üçün həmin işi bütün incəliklərinə qədər bilməlisən.  Düzdür, gəlirli sahədir, amma məndə alınmadı. Bir iş  uğurlu olmayanda insanda yenidən eyni sahəyə maraq da qalmır".

Eldəniz Məmmədov restoran biznesinin düşündüyündən daha ağır və məsuliyyətli olduğunu da vurğulayıb.

"Bu iş çox vaxt və enerji tələb edir. Elə gün olurdu ki, evə gecə saat 3-4-də qayıdır, səhər tezdən yenidən işə gedirdim. Restoran elə sahədir ki, onu hər adama etibar etmək olmur. Mən yalnız ailə üzvlərimə güvənə bilərdim. Bu biznesdə etibar amili çox önəmlidir".
 

0