Müğənni Ariana Qrande aktyor İtan Sleterdən ayrıldıqdan sonra keçmiş sevgilisi Rikki Alvareslə münasibətlərini yenidən davam etdirib.
HİT.az xəbər verir ki, bu barədə "People" nəşri mənbəyə istinadən məlumat yayıb.
"Ariana həmişə Rikkini dostu hesab edib. Ayrıldıqdan sonra ona qarşı heç bir inciklik saxlamayıb. Rikki etibarlı və güvənilən insandır, hər zaman dəstək verməyə hazırdır. Ariana onun yanında özünü olduğu kimi hiss edə bilir", deyə mənbə bildirib.
İnsayderin sözlərinə görə, Qrande ABŞ-ın Müstəqillik Günü münasibətilə Floridada ailəsi və Alvareslə birlikdə vaxt keçirib. Onun sözlərinə görə, müğənni sevdiyi insanla vaxt keçirməkdən zövq alır.
Mənbə əlavə edib ki, Ariana Qrande Alvareslə ciddi münasibətə başlamağa tələsmir, lakin onun yenidən həyatına daxil olmasına sevinir. İnsayder həmçinin qeyd edib ki, müğənni ilə sevgilisinin oxşar yumor hissi var.
Qrande və Alvares 2015-2016-cı illərdə münasibətdə olublar. Müğənni 2018-ci ildə yayımlanan "Thank U, Next" mahnısında digər keçmiş sevgililəri ilə yanaşı Alvaresin də adını çəkib. Bu yaxınlarda sənətçi mahnıdakı Rikkiyə həsr olunan misraları dəyişib. Əvvəllər "Rikki haqqında bir neçə mahnı yazdım, indi onları dinləyib gülürəm" sözləri "Rikki haqqında bir neçə mahnı yazdım, biz həmişə bir-birimizə yol tapırıq" ifadəsi ilə əvəzlənib.
İyunun 9-da Ariana Qrandenin üç illik münasibətdən sonra sevgilisi İtan Sleterdən ayrıldığı məlum olub. Bu barədə "TMZ" tabloid nəşri məlumat yayıb.
Samir


