Çinar yarpağı bu ağrıları kəsir

21:21 / 15.09.2023
471

Bəzən Çinarı bir ağacdan daha artıq adlandırırlar.

HİT.az xəbər verir ki, buna səbəb Çinarın çox sayda faydasının olmasıdır.

Belə ki, Çinar ağacının yarpaqlarının insan üçün faydalı olduğu üzə çıxıb. Xüsusilə sümük və oynaq ağrısı yaşayanlar üçün Çinar yarpağının suyunu içmək tövsiyə olunur. Çünki onun bu ağrılara qarşı möcüzəvi təsir göstərdiyi bilinir. Onun ümumiyyətlə insan orqanizmi üçün çox önəmli olduğu da vurğulanır.

Bunun üçün aşağıdakı addımları atmalısınız:

Əvvəlcə bir neçə ədəd çinar yarpağını suda yuyun və onları hissələrə ayırın. Ardınca 1 stəkan su qaynadın və həmin yarpaqları onun içinə qoyun. Bu zaman stəkanı 1 dəqiqə boyunca ağzı qapalı saxlayın. Suyu isti-isti süzün və ilıq olmağını gözləyin.

Həmin suyu axşam yeməyindən öncə və gecə yatmazdan əvvəl içməyiniz tövsiyə olunur. 

Çinar suyunun yarpağından 15 gün istifadə edin, sonra isə 3 gün fasilə verin. Ardınca yenidən 15 gün həmin suyu içərək 30 günlük müddəti tamamlayın. Nəticəni hiss edəcəksiniz...

Pərviz

0