Hansı yaşda subay olmaq daha yaxşıdır? - MARAQLI FAKT

MARAQLI
16:53 / 02.12.2023
635

Alimlər yeni bir araşdırmada tənhalığın sınmış bir ürəklə daha yaxşı mübarizə aparmağa kömək edə biləcəyini müəyyən ediblər.

Lent.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Beləliklə, Niderlandın Fənlərarası Demoqrafik İnstitutu belə nəticəyə gəlib ki, valideynlərdən ayrılıb başqa evə köçəndən dərhal sonra münasibətə girən şəxs subaylarla müqayisədə sonrakı həyatında ayrılıqların nəticələrinə daha az hazırdır. Məlum olub ki, müəyyən yaşda tənhalıq həyatımıza müsbət təsir göstərə bilər.

Elm adamları, 1984-cü ildən bu günə qədər mütəxəssislərin eyni qrup insanları müşahidə etdikləri 36 il ərzində aparılan bir alman araşdırmasının məlumatlarına nəzər yetiriblər. Təxminən min nəfər haqqında məlumatdan istifadə olunub:

Valideyn evindən ayrıldıqdan sonra subay qalmış 190 qadın və 151 kişi;

Dərhal əlaqəyə girən 400 qadın və 262 kişi.

Tədqiqatçılar insanların romantik partnyorlarla ilk yaşadıqları, ayrıldıqları və ayrıldıqdan sonra həyatlarından nə qədər məmnun olduqlarına diqqət yetiriblər. Məlum olub ki, güclü ayrılıqdan sonra valideynlərinin evini tərk edərək sevdikləri ilə yaşamağa başlayan qadınların həyatdan məmnunluqları azalıb. Eyni zamanda, sonrakı 3 illik dövr ərzində həyatdan məmnunluq balları əhəmiyyətli dərəcədə artıb.

Valideynlərinin evindən köçdükdən sonra subay qalan qadınların da ayrılıqdan sonra həyatdan məmnunluqları azalıb. Ancaq çətin ayrılıqdan sonra əvvəlki vəziyyətlərinə daha tez qayıtmağı bacarıblar.

Kişilər üçün vəziyyət bir qədər fərqlidir. Valideyn evindən köçdükdən dərhal sonra münasibət quranlarda həyatdan məmnunluq ayrıldıqdan sonra azalıb, lakin sonrakı ildə yaxşılaşıb.

Eyni zamanda, ayrı evə köçdükdən sonra subay olanlar, demək olar ki, ayrılıqdan çox da təsirlənməyib. Onlar sonrakı iki il ərzində həyatdan getdikcə daha çox məmnun olublar.

0