Kişilər şortik geyinməlidir?

MARAQLI
21:16 / 16.07.2024
949

Geyim insan tərbiyəsi ilə ölçülmür.  Hər kəsin sərbəst geyinmək və yaşamaq hüququ var.

Lakin elə geyim tərzləri olur ki, cəmiyyətin bir hissəsi belə geyimlərə yaxşı baxmır.  Xüsusilə, şort geyinən kişilər və qızlar qınaq obyektinə çevrilir. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, şort geyinən şəxslərə Azərbaycan cəmiyyətində pis baxılır: 

"Kişinin kişi geyimi, qadının da qadın geyimi düşüncəsi üstünlük təşkil edir. Ancaq unutmaq lazım deyil ki,  hər kəsin sərbəst geyinmək hüququ var. Qadın və kişi fərqi yoxdur. İnsanı geyimlə dəyərləndirmək düzgün yanaşma deyil. Geyim əxlaq və mənəviyyatın göstəricisi ola bilməz. Ona qalsa dünyanın ən tanınmış insanları, sənətdə inqilab etmişlər müxtəlif tərzdə paltar geyinirlər. İndi onlara deyək ki, siz əxlaqsızsınız? Nə kişinin, nə də qadının geyiminə heç kimin qarışmağa ixtiyarı yoxdur. Xüsusilə , şortla bağlı hansısa yerdə qadağa və yaxud qayda yoxdursa, heç kim bu məsələyə müdaxilə edə bilməz”.

Sevinc

0