Yəqin ki, bir çoxunuz eskalatordan istifadə edərkən, əlinizi rezin sürahinin üzərinə qoymuşunuz. Əgər fikir vermisinizsə, bu rezin sürahilər daha tez hərəkət edir.
Maraqlıdır, bəs bunun səbəbi nədir? Niyə rezin sürahilər daha tez hərəkət edir?
Bu barədə Hit.az-ın əməkdaşının sualına texnoloq Aydın Qarayev cavab verib.
Onun sözlərinə görə, bunun səbəbi insanların təhlükəsizliyi ilə bağlıdır:
“Yəni, rezin sürahi daha sürətli hərəkət edərək, sərnişinlərin əllərini dartır. Bu da onların yuxuya getməsinin qarşısını alır. Pilləkən sırasının kənarında qoyulan fırça isə heç da ayaqqabı təmizləmək üçün deyil. Bu əslində məhdudlaşdırıcı hissədir. Donunuzun, şalvarınızın pilləkənə ilişməsinin qarşısını alır. Fırça şəklində olması isə siz ona toxunanda xışıltı səsi çıxararaq sizə xəbərdarlıq etməsi ilə bağlıdır”.
Murad