Kişilər niyə ağlayır?

MARAQLI
22:34 / 11.12.2024
34

Ağlamaq daha çox qadınlara xasdır. Ancaq qadınlarla yanaşı, kişilərdə ağlayır. 

Qadınlardan fərqli olaraq, kişilər tez-tez ağlamaz, göz yaşlarını gizlədər.

Maraqlıdır, kişilər niyə ağlayır? 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, göz yaşının sağlamlığa faydası çoxdur: 

“Gözdən çıxan bioloji aktiv maddələr yaraların tez sağalmasına və ağrını kəsməyə qadirdir. Göz yaşları ilə bərabər təkcə qəm-kədər yox, həm də toksinlər, yəni zəhərli maddələr xaric olunur. Kişilərin sağlamlığı naminə onları arabir ağlamalıdır. Ağlamaq ürəyə xeyirdir. Bəzi kişilər hisslərini boğanda ürəkləri zədə alır. Bu da infarkta səbəb olur. Ağlayanda isə bütün mənfi emosiyalar göz yaşı ilə birgə bədəndən xaric olur və insana rahatlıq gətirir.  Kişilər adətən arzuları puç olanda, yaxınları vəfat edəndə, eşqə düşəndə, sevdiklərindən ayrılanda, ata olanda, işsiz qalanda ağlayır”.

Sevinc

0