Qış fəslində heyvanlar soyuğa dözümlü olsa da, bəziləri soyuq havaya tab gətirə bilmir.
Əksər pişiklər soyuq temperaturlara çox yaxşı dözürlər. Ancaq şaxtalı hava pişiklər üçün uyğun deyil.
Hit.az xəbər verir ki, 7 dərəcə selsidən aşağı olan hər hansı bir temperatur pişiklər üçün soyuq hesab olunur.
Temperatur donmadan aşağı düşərsə, pişiklər uzun müddət açıq havada olarsa, hipotermiya riski yüksəkdir.
Qış gecələrində pişiklərin hipotermiyaya məruz qalma ehtimalı yüksəkdir.
Araşdırmalar zamanı məlum olub ki, pişik uzun müddət soyuq havada qalarsa nəfəs almaqda çətinlik çəkir, əzələsi sərtləşir, ürək döyüntüsü yavaşlayır. Bu səbəbdən də çöldə pişik görəndə onlara kömək etmək lazımdır.
Sevinc