5 milyon il əvvəl bu dağların üzərində nəhəng uçan dələlər olub

MARAQLI
22:55 / 25.02.2025
58

Şərqi Tennessi Dövlət Universitetinin amerikalı alimləri aşkar ediblər ki, təqribən 5 milyon il əvvəl indiki Cənubi Appalaçian dağlarının ərazisində ev pişiyi boyda nəhəng uçan dələlər yaşayırmış. 

HİT.az xəbər verir ki, tədqiqat "Journal of Mammalian Evolution" (JME) elmi jurnalında dərc olunub.

Alimlər Tennessi ştatında Grey Fossil qazıntı sahəsində Miopetaurista cinsinə aid nəhəng uçan dələ qalıqlarını aşkar ediblər. Bu, Şimali Amerikada bu cür ilk tapıntıdır. Əvvəllər Miopetaurista qalıqları yalnız Avrasiyadan məlum idi.

Alimlər hesab edirlər ki, uçan dələlər Şimali Amerikaya qitələr arasında qədim quru körpüsü olan Berinq Torpaq Körpüsü vasitəsilə gəliblər.

Təxminən 5 milyon il əvvəl bölgədəki iqlim əhəmiyyətli dərəcədə isti olub, bu da uçan dələlərin sıx, nəmli meşələrdə böyüməsinə imkan veriv. Lakin buz dövrlərinin başlaması ilə bu heyvanlar Florida kimi daha isti ərazilərdə təcrid olunublar və nəticədə nəsli kəsilib.

Tədqiqatın həmmüəllifi Montserrat Krau-Kamats deyib: "Bu sincablar bir növ "canlı fosilə" çevriliblər, çünki onlar Avrasiyadakı qohumları yoxa çıxdıqdan sonra milyonlarla il Şimali Amerikada yaşayıblar"

Nəhəng uçan dələlərin müasir qohumları Yaponiya, Çin və İndoneziyada yaşayır. Onların çəkisi 1,5 kiloqrama çatır.

Samir

0