Bu yay mövsümünün ən dəbli 4 ətək modeli: Sizi hər kəs fərq edəcək

MARAQLI
23:53 / 24.04.2025
43

2025-ci ilin yayı parlaq, cəsarətli və qadına xas üslubda olacaq. Bu da o deməkdir ki, yay qarderobunuzda ən azı bir dəbli ətək olmalıdır. 

HİT.az xəbər verir ki, bu mövsüm dizaynerlər müxtəlif kəsimlər, materiallar və detallarla zəngin modellər təqdim edirlər. Əgər bu ilin trend ətək modellərini axtarırsınızsa, bu bələdçi sizin üçündür.

1. Cins ətəklər

Cins ətəklər 2025-ci ildə yenidən dəbin mərkəzindədir. Ən çox diqqət çəkən modellər A-siluetli kəsimlər, assimmetrik formalar və dekorativ detallar – yarıqlar, düymələr və saçaq elementləridir. Onları həm idman üslubunda krosovkalar və köynəklərlə, həm də səndəllər və romantik topparla kombinləmək mümkündür.

2. Balon ətəklər

Balon formasında ətəklər bu il də dəb gündəmindədir. Bel xəttini vurğulayan və omba nahiyəsində həcmi artıran bu qeyri-adi modellər görünüşə incə ekstravaqantlıq qatır. Ən çox seçilənlər arasında pambıq, orqanza və şifon kimi yüngül parçalardan hazırlanan variantlar yer alır.

3. Qısa ətəklər

Mini ətəklər yay qarderobunun vazkeçilməzidir. 2025-də isə ikinci dəri effekti yaradan parlaq parçalı modellər, üstündə cib detalı olanlar və yüksək bel kəsimli mini ətəklər diqqət mərkəzindədir. İsti yay günləri və cəsarətli tərz üçün ideal seçimdir.

4. Plisəli ətəklər

Plisəli ətəklər yeni mövsümdə də aktualdır. Sadə maykalar, kəmərli köynəklər və qısa jaketlərlə kombin edildikdə xüsusilə şıq görünür. Pastel və metallik tonlarda olan modellər isə daha çox ön plandadır.

Əlavə trend ipucları: 2025-ci ilin dəbli ətəkləri əsasən təbii materiallardan – kətan, pambıq və denimdən hazırlanır. Dizaynlarda isə şəffaf hissələr, tor detalları, neon rənglər və çaplı naxışlar diqqət çəkir. Rəng palitrasında ağ, karamel, lavanda, firuzəyi və limon sarısı üstünlük təşkil edir.

Unutmayın: Yay ətəkləri 2025 – özünüzü inamlı və azad hiss etməniz üçün yaradılıb!

Samir

0