Tarixin 20 apreli...

MARAQLI
16:00 / 20.04.2026
109

Bu gün tarixin vərəqlərində 20 apreldəyik.

Hit.az bildirir ki, bu gün də ölkəmiz və dünyada bir sıra mühüm proseslər baş verib. 

Çox sayda görkəmli şəxsin doğum və vəfat tarixi məhz 20 aprelə təsadüf edir. Onların hamısını xatırlayacağıq. Elə isə tarixin 20 aprelinə nəzər salaq...

20 apreldə nələr baş verib?
2004-cü ildə Azərbaycan, Eritreya və Paraqvay arasında diplomatik əlaqələr qurulub. 2015-ci ildə Bakı Su İdmanı Sarayının açılışı olub. 1976-cı ildə “Apollo 16” Aya endi. 2020-ci ildə tarixdə ilk dəfə olaraq petrol qiymətləri sıfırın altına endi.

20 apreldə doğulanlar:
1976-cı ildə general-mayor Mais Bərxudarov, 1885-ci ildə Əməkdar elm xadimi, pediatr Əbülfəz Qarayev, 1894-cü ildə Xalq artisti, kinorejissor Rza Təhmasib, 1907-ci ildə Xalq şairi Məmməd Rahim, 1916-cı ildə Xalq artisti, aktrisa Nəsibə Zeynalova, 1926-cı ildə Əməkdar artist, tarzən Əlikram Hüseynov, 1929-cu ildə professor, yazıçı Çingiz Hüseynov, 1945-ci ildə Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteyn və 1958-ci ildə futbolçu və baş məşqçi Böyükağa Hacıyev dünyaya gəlib.

Həmçinin, 1881-ci ildə rus bəstəkar Nikolay Myaskovski, 1889-cu ildə Almaniya Prezidenti Adolf Hitler, 1893-cü ildə ispan rəssam Joan Miro, 1935-ci ildə ispan kinorejissor Mario Kamus, 1937-ci ildə amerikalı aktyor Corc Takei, 1949-cu ildə amerikalı aktrisa Cessika Lenq və 1983-cü ildə avstraliyalı model Miranda Kerr doğulub.

20 apreldə vəfat edənlər:
1986-cı ildə Sovet İttifaqı Qəhrəmanı Əlif Piriyev, 1944-cü ildə Xalq artisti Cabbar Qaryağdıoğlu, 1981-ci ildə Xalq yazıçısı, dramaturq İmran Qasımov, 1981-ci ildə sabiq nazir Sabit Orucov, 1994-cü ildə Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadə, 2005-ci ildə Əməkdar mədəniyyət işçisi, şair Şamil Əsgərov, 2016-cı ildə Əməkdar mədəniyyət işçisi Fərəh Şəkinskaya, 2021-ci ildə voleybolçu Vera Lantratova vəfat edib.

Pərviz
 

0