Bu gün tarixin vərəqlərində 15 maydayıq.
Hit.az bildirir ki, bu gün dünyada Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Beynəlxalq Ailə Günüdür.
Həmçinin, bəzi ölkələrdə fərqli bayramlar bu günə təsadüf edir. Məsələn, Cənubi Koreya, Kolumbiya və Meskikada Müəllim Günü kimi qeyd olunur. Bundan başqa, Litvada Respublika Günü, Paraqvayda isə Analar Günüdür. İndi isə tarixin 15 mayına nəzər salırıq...
15 mayda baş verənlər:
1905-ci ildə Las-Veqas şəhəri ABŞ-nin Nevada şəhərində yaradılıb. 1940-cı ildə Makdonald qardaşları ilk McDonald's restoranını açıb. 1991-ci ildə Edit Kresson Fransanın ilk qadın baş naziri seçilib.
2009-cu ildə Bakıda Bədii gimnastika üzrə 25-ci Avropa çempionatının açılışı olub. 2022-ci ildə “Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade to Black” mahnısı ilə 16-cı yeri tutub.
15 mayda doğulanlar:
Ölkəmizdə 1857-ci ildə maarifçi Əsgər ağa Gorani, 1922-ci ildə Xalq artisti, bəstəkar Rauf Hacıyev, 1930-cu ildə dramaturq Altay Yusifoğlu dünyaya gəlib.
Dünyada isə 1848-ci ildə rus rəssam Viktor Vasnetsov, 1859-cu ildə fransız fizik Pyer Küri, 1905-ci ildə amerikalı aktyor Cozef Kotten, 1925-ci ildə polşalı aktyor Tadeuş Bartosik, 1929-cu ildə Gürcüstan baş naziri Otar Pasasiya, 1937-ci ildə ABŞ-nin ilk qadın dövlət katibi Madlen Olbrayt, 1987-ci ildə Böyük britaniyalı tennisçi Endi Marrey, 1989-cu ildə xorvat futbolçu Miro Varvodiç və 1997-ci ildə fransız futbolçu Usman Dembele doğulub.
15 mayda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman Pərviz Səmədov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
1845-ci ildə Qarabağ xanı Mehdiqulu xan Cavanşir, 1938-ci ildə ictimai-siyasi xadim Məmməd Yusif Cəfərov, 1948-ci ildə dövlət xadimi Əbdüləli bəy Əmircanov, 1999-cu ildə aktyor Əkbər Fərzəliyev, 1999-cu ildə Azərbaycanın ilk müdafiə naziri, general Valeh Bərşadlı və 2003-cü ildə Xalq artisti, rəssam Ağa Mehdiyev dünyasını dəyişib.
Həmçinin, 1886-cı ildə amerikalı şair Emili Dikinson, 1967-ci ildə amerikalı rəssam Edvard Hopper, 2005-ci ildə rus aktrisa Natalya Qundareva, 2016-cı ildə türk aktrisa Oya Aydoğan vəfat edib.
Pərviz

