Bu gün tarixin vərəqlərində 21 maydayıq.
Hit.az bildirir ki, bu gün tarixdə bir sıra mühüm hadisələrlə yadda qalıb.
Həmçinin, bir çox görkəmli şəxsin doğum və vəfat tarixi məhz 21 maya təsadüf edir. Bundan başqa, 21 may Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Beynəlxalq Çay Günü, Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günüdür. Eyni zamanda, bu tarix Çili də Hərbi Donanma Günü kimi qeyd olunur. Beləliklə, tarixin 21 mayına nəzər salırıq...
21 mayda baş verənlər:
1904-cü ildə FİFA təsis olunub. 1932-ci ildə pis hava şəraiti Amelia Earhartı Şimali İrlandiyanın Derri bölgəsindəki otlağa enməyə məcbur edir. O, bununla da Atlantik okean üzərindən təkbaşına uçan ilk qadın olur. 2004-cü ildə Azərbaycanla Malavi arasında diplomatik əlaqələr qurulub.
21 mayda doğulanlar:
1928-ci ildə Xalq artisti, aktrisa Tamilla Ağamirova, 1960-cı ildə meyxanaçı Kəbir Azəri və 1986-cı ildə şahmatçı Qədir Hüseynov dünyaya gəlib.
Dünyada isə 1471-ci ildə alman rəssam Albrext Dürer, 1527-ci ildə İspaniya və Portuqaliya kralı II Filipp, 1844-cü ildə fransız rəssam Anri Russo, 1851-ci ildə Fransanın 64-cü baş naziri Leon Burjua, 1855-ci ildə belçikalı şair Emil Verxarn, 1913-cü ildə türk riyaziyyatçı Suzan Kahramaner, 1934-cü ildə rus kinorejissor Qleb Panfilov və 1955-ci ildə Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqu doğulub.
21 mayda vəfat edənlər:
1979-cu ildə Aşıq Talıb, 1987-ci ildə Əməkdar artist, aktrisa Vəfa Fətullayeva, 1991-ci ildə Xalq rəssamı Hüseyn Əliyev, 2009-cu ildə Xalq rəssamı Kamal Ələkbərov, 2011-ci ildə Milli Məclisin I və II çağırış deputatı Səttar Səfərov və 2021-ci ildə Xalq rəssamı Tahir Salahov vəfat edib.
Həmçinin, 1471-ci ildə İngiltərə kralı VI Henri, 1481-ci ildə Danimarka, İsveç və Norveç kralı I Xristian, 1639-cu ildə italiyalı yazıçı Tomazzo Kampanella, 1944-cü ildə gürcü tarixçi Zurab Avalaşvili və 1991-ci ildə Hindistan baş naziri Raciv Qandi dünyasını dəyişib.
Pərviz


