Bu gün tarixin vərəqlərində 27 noyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün bir sıra tarixi hadisələrlə yadda qalıb.
27 noyabr bir sıra şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Həmçinin, bu gün İspaniyada Müəllim Günü kimi qeyd olunur. Beləliklə, tarixin 27 noyabrına nəzər salırıq.
27 noyabrda baş verənlər:
1957-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cahangir Cahangirovun “Azad” operasının premyerası keçirilib. 2018-ci ildə “ARB 24” televiziya kanalı təsis edilib. Həmçinin, 1895-ci ildə Alfred Nobel Parisdəki İsveç-Norveç Klubunda Nobel mükafatının təsis edilməsi ilə bağlı son vəsiyyətnaməsini imzalayıb. 1909-cu ildə Tomas Edison ilk səsli film nümayişini keçirib. 1927-ci ildə Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb. 2022-ci ildə dünyanın ən böyük aktiv vulkanı olan Mauna Loa püskürməyə başlayıb.
27 noyabrda doğulanlar:
1877-ci ildə opera müğənnisi Hənəfi Terequlov, 1912-ci ildə aktyor İsa Musayev, 1927-ci ildə hematoloq, professor Musa Abdullayev və 1986-cı ildə xanəndə Abgül Mirzəliyev dünyaya gəlib.
Həmçinin, 1701-ci ildə isveçli astronom Anders Selsi, 1867-ci ildə rumıniyalı təbiətşünas Qriqor Antipa, 1894-cü ildə yapon sənayeçi Konosuke Matsuşita, 1912-ci ildə amerikalı aktrisa Konni Soyer, 1940-cı ildə amerikalı və honkonqlu aktyor Brüs Li və 1981-ci ildə portuqaliyalı futbolçu Bruno Alves doğulub.
27 noyabrda vəfat edənlər:
1870-ci ildə şərqşünas Mirzə Kazım bəy və 2018-ci ildə şair, professor Əjdər Ağayev dünyasını dəyişib.
Həmçinin, 1852-ci ildə ingilis riyaziyyatçı Ada Lavleys, 1895-ci ildə fransız yazıçısı və dramaturqu Aleksandr Düma, 1916-cı ildə belçikalı şair Emil Verxarn, 1937-ci ildə sovet dövlət xadimi Ruben Rubenov, 1974-cü ildə gürcü alpinist Aleksandra Caparidze, 2020-ci ildə isə banqladeşli aktyor Ali Zakir vəfat edib.
Pərviz


