Doğum tarixinizə görə "şanslı çiçək" necə seçilir? - Numeroloqların cavabı

MARAQLI
18:20 / 17.06.2026
51

Doğum tarixi müəyyən bitkilərlə əlaqələndirilə bilər və bu bitkilərin harmoniya, uğur və rifah gətirdiyi iddia olunur. 

HİT.az xəbər verir ki, “The Times of India” nəşri ev üçün ideal “talisman çiçəyi”nin necə seçilməsini açıqlayıb.

Qeyd edək iki, astrologiya, numerologiya və oxşar praktikalar elmi sahələr deyil və onların effektivliyi elmi şəkildə sübut olunmayıb. Bu materiallar əsasən əyləncə xarakteri daşıyır və ciddi qərarların verilməsi üçün etibarlı mənbə kimi qəbul edilməməlidir.

1, 10, 19 və 28-də doğulanlar

Bu tarixlərdə doğulanların himayədarı Günəş hesab olunur. Onlar üçün ən uyğun bitki günəbaxandır. O, inkişaf, uğur və özünəinam simvolu sayılır.

2, 11, 20 və 29-da doğulanlar

Ay enerjisi altında olan bu insanlar üçün ən uyğun çiçək yasəmən (sambak) hesab olunur. O, sakitlik və təmizlik simvoludur və emosional balans yaradır.

3, 12, 21 və 30-da doğulanlar

Yupiter təsiri altında olanlar üçün sarı çobanyastığı ən uyğun bitki sayılır. O, yeni başlanğıcları və pozitivliyi simvolizə edir.

4, 13, 22 və 31-də doğulanlar

Bu tarixlər Raxu təsiri ilə əlaqələndirilir. Onlar üçün ən uyğun bitki hidrangea (ortancadır). O, harmoniya və anlaşma simvolu sayılır.

5, 14 və 23-də doğulanlar

Merkuri təsiri altında olanlar üçün lotus çiçəyi “şanslı bitki” hesab olunur. O, bolluq və rifah simvolu kimi təqdim edilir.

6, 15 və 24-də doğulanlar

Venera təsiri altında olanlar üçün ən uyğun çiçək piondur. O, sevgi, harmoniya və ailə rifahını simvolizə edir.

7, 16 və 25-də doğulanlar

Ketu enerjisi ilə əlaqələndirilən bu insanlar üçün spatifillum tövsiyə olunur. O, sakitlik və təmizlik simvolu sayılır.

8, 17 və 26-da doğulanlar

Saturn təsiri altında olanlar üçün orxideya “şanslı çiçək” hesab olunur. O, güc, nüfuz və sabitlik simvoludur.

9, 18 və 27-də doğulanlar

Mars enerjisi altında olanlar üçün qızılgül uyğun sayılır. O, güclü emosiyalar və ehtirası simvolizə edir.

Samir
 

0