Bu gün tarixin vərəqlərində 18 iyundayıq.
Hit.az bildirir ki, bu gün Azərbaycanda İnsan Hüquqları Günüdür.
18 iyunda Azərbaycanda və dünyada bir sıra mühüm hadisələr yaşanıb. Eyni zamanda, bir çox tarixi şəxsiyyətin doğum və vəfat tarixi də məhz bu günə təsadüf edir. Beləliklə, tarixin 18 iyununa nəzər salaq...
18 iyunda baş verənlər:
2010-cu ildə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında Çaylı döyüşü baş verib. 2020-ci ildə “Qarabağ” Azərbaycan Premyer Liqasında çempion olub.
1815-ci ildə Bir tərəfdə Fransa İmperiyası, digər tərəfdə Böyük Britaniya və Prussiya arasında Vaterlo döyüşü baş verib. 1972-ci ildə Qərbi Almaniya milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb. 1979-cu ildə ABŞ və Sovet İttifaqı arasında SSMD-2 tərəfindən imzalanıb.
18 iyunda doğulanlar:
1967-ci ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Səfiyar Behbudov, 1917-ci ildə Xalq artisti, bəstəkar Cövdət Hacıyev, 1952-ci ildə Xalq artisti, müğənni Sərxan Sərxan, 1959-cu ildə rəssam Babi Bədəlov və 1979-cu ildə AFFA-nın sabiq baş katibi Elxan Məmmədov doğulub.
Həmçinin, 1874-cü ildə rus alim Vladimir Obraztsov, 1920-ci ildə italiyalı siyasətçi Mario Bekkaria, 1942-ci ildə ingilis müğənni Pol Makkartni, 1949-cu ildə Polşanın sabiq prezidenti Lex Kaçinski və 1987-ci ildə ukraynalı jurnalist Sevgil Musayeva dünyaya gəlib.
18 iyunda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman, polkovnik-leytenant Şirin Mirzəyev Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
1928-ci ildə norveçli səyyah Roald Amundsen, 1936-cı ildə rus yazıçı Maksim Qorki, 1937-ci ildə Fransanın 13-cü prezidenti Qaston Dumer, 1964-cü ildə italiyalı rəssam Corco Morandi, 1980-cı ildə polşalı riyaziyyatçı Kazimej Kuratovski və 2010-cu ildə Əməkdar incəsənət xadimi, professor Azər Abdullayev vəfat edib.
Pərviz


