Bu gün tarixin vərəqlərində 14 avqustdayıq.
Hit.az xəbər verir ki, bu gün tarixdə bir çox mühüm hadisə ilə yadda qalıb.
14 avqust bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Pakistanda Müstəqillik Günüdür. Beləliklə, tarixin 14 avqustuna nəzər salırıq.
14 avqustda baş verənlər:
2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında cüdoçu Mövlud Mirəliyev bürünc medal qazanıb. 1920-ci ildə VII Yay Olimpiya Oyunları Antverpendə keçirilib. 1947-ci ildə Pakistan Britaniya imperiyasından ayrılaraq müstəqillik qazanıb.
14 avqustda doğulanlar:
1895-ci ildə Elm xadimi, arxeoloq və etnoqraf İshaq Cəfərzadə, 1957-ci ildə Xalq artisti, xanəndə Alim Qasımov və 1986-cı ildə futbolçu Namiq Yusifov doğulub.
Həmçinin, 1867-ci ildə ingilis yazıçı Con Qolsuorsi, 1953-cü ildə amerikalı bəstəkar Ceyms Horner, 1960-cı ildə ingilis opera müğənnisi Sara Braytman, 1966-cı ildə amerikalı aktrisa Helli Berri, 1983-cü ildə amerikalı aktrisa Mila Kunis və 1987-ci ildə türk aktrisa Sinəm Kobal dünyaya gəlib.
14 avqustda vəfat edənlər:
1861-ci ildə yazıçı və general-mayor İsmayıl bəy Qutqaşınlı, 1961-ci ildə Əməkdar artist, aktrisa Əzizə Məmmədova və 1972-ci ildə memar Fuad Seyidzadə dünyasını dəyişib.
Həmçinin, 1941-ci ildə fransız kimyaçı Pol Sabatye, 1983-cü ildə albaniyalı yazıçı Musine Kokalari, 1988-ci ildə italyan motor yarışı sürücüsü və sahibkar Enzo Ferrari, 2007-ci ildə rus bəstəkar Tixon Xrennikov, 2011-ci ildə hindistanlı aktyor Şammi Kapur və 2012-ci ildə rus fizik Sergey Kapitsa vəfat edib.
Pərviz


