Tarixin 18 avqustu...

MARAQLI
12:30 / 18.08.2026
186

Bu gün tarixin vərəqlərində 18 avqustdayıq.

Hit.az xəbər verir ki, bu gün tarixdə bir çox mühüm hadisə olub.

18 avqust bir sıra görkəmli şəxsin doğum günüdür. Həmçinin, bu gün bəzi tarixi şəxslərin də vəfat günü bu günü kimi də xatırlanır. Onu da qeyd edək ki, bu gün Azərbaycanda Azərbaycan Sərhəd Qoşunları Əməkdaşlarının Peşə Bayramı Günü, İndoneziyada Konstitusiya Günü, Pakistanda isə Ağac Əkilməsi Günüdür. Beləliklə, tarixin 18 avqustuna nəzər salırıq.

18 avqustda baş verənlər:
2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarında atıcı İradə Aşumova bürünc medal qazanıb. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında kanoeçi Valentin Demyanenko gümüş, boksçu Kamran Şahsuvarlı və güləşçi Nataliya Sinişin isə bürünc medal qazanıb. 1958-ci ildə ABŞ-də Vladimir Nabokovun “Lolita” romanı nəşr edilib.

18 avqustda doğulanlar:
1937-ci ildə artilleriya general-mayoru Arif Salahov və 1975-ci ildə Əməkdar mədəniyyət işçisi, şair İlqar Fəhmi doğulub.

Həmçinin, 1750-ci ildə italiyalı bəstəkar Antonio Salyeri, 1792-ci ildə Böyük Britaniyanın baş naziri Con Rassel, 1830-cu ildə Avstriya və Macarıstan kralı I Frans İosif, 1933-cü ildə fransız futbolçu və baş məşqçi Jüst Fonten, 1933-cü ildə polşalı və fransız kinorejissor Roman Polanski, 1936-cı ildə amerikalı aktyor və rejissor Robert Redford, 1983-cü ildə ingilis müğənni Mika, 1984-cü ildə amerikalı voleybolçu Kimberli Qlass və dünyaya gəlib.

18 avqustda vəfat edənlər:
1943-cü ildə Azərbaycan və Rusiya İmperiyası general-leytenantı Əliağa Şıxlinski, 2006-cı ildə Əməkdar artist, tarzən Əlikram Hüseynov və 2016-cı ildə qanuni oğru Rövşən Lənkəranski dünyasını dəyişib.

Həmçinin, 1850-ci ildə fransız dramaturq Onore de Balzak, 1944-cü ildə alman siyasətçi Ernest Telman, 1950-ci ildə belçikalı siyasətçi Jülyen Lyao, 2009-cu ildə Cənubi Koreyanın 15-ci prezidenti Kim De Çjun və 2018-ci ildə Qana diplomatı Kofi Annan vəfat edib.

Pərviz

0