Bu gün tarixin vərəqlərində 19 avqustdayıq.
Hit.az xəbər verir ki, bu gün bəzi tarixi hadisələrlə yadda qalıb.
Bir sıra görkəmli şəxsin doğum və vəfat günü 19 avqusta təsadüf edir. Onu da bildirək ki, bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Ümumdünya Humanitar Yardım Günü kimi qeyd olunur. Beləliklə, tarixin 19 avqustuna nəzər salırıq.
19 avqustda baş verənlər:
1995-ci ildə Azərbaycan və Uqanda arasında diplomatik əlaqələr qurulub. 2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarında stend atıcısı Zemfira Meftahətdinova bürünc medal qazanıb. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında taekvonduçu Milad Beygi və güləşçilər Cəbrayıl Həsənov və Hacı Əliyev bürünc medal qazanıb.
19 avqustda doğulanlar:
1970-ci ildə Milli Qəhrəman, şəhid Hidayət Rüstəmov və 1912-ci ildə Azərbaycanın ilk Xalq şairəsi Mirvarid Dilbazi doğulub.
Həmçinin, 1631-ci ildə ingilis şair Con Drayden, 1848-ci ildə fransız rəssam Qüstav Kaybott, 1881-ci ildə rumıniyalı bəstəkar Corce Enesku, 1883-cü ildə fransız modelyer Koko Şanel, 1889-cu ildə ingilis şərqşünas Artur Veyli, 1946-cı ildə ABŞ-nin 42-ci prezidenti Bill Klinton, 1969-cu ildə amerikalı və kanadalı aktyor Metyu Perri dünyaya gəlib.
19 avqustda vəfat edənlər:
1990-cı ildə Milli Qəhrəman, leytenant İlham Əliyev və Milli Qəhrəmanı Şamoy Çobanov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
1999-cu ildə Milli Qəhrəman Faiq Cəfərov, 1920-ci ildə Rusiya imperiyası I Dövlət Dumasının üzvü Ağa xan İrəvanski, 2011-ci ildə xanəndə Rövşən Behcət və 2018-ci ildə Əməkdar artist, aktyor Rafiq Hüseynov dünyasını dəyişib.
Həmçinin, 1662-ci ildə fransız riyaziyyatçı Blez Paskal, 1905-ci ildə fransız rəssam Vilyam Buqro, 1954-cü ildə İtaliyanın baş naziri Alçide De Qasperi, 1994-cü ildə amerikalı kimyaçı Laynus Polinq və 1994-cü ildə rus şair Robert Rojdestvenski vəfat edib.
Pərviz


