Bu gün tarixin vərəqlərində 9 oktyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün tarixdə bəzi mühüm hadisələrlə yadda qalıb.
Həmçinin, 9 oktyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin vəfat etdiyi gün də bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün BMT tərəfindən elan olunmış Ümumdünya Poçt Günü, Cənubi Koreyada Hanqıl Günü, Uqandada isə Müstəqillik Günüdür. Beləliklə, tarixin 9 oktyabrına nəzər salırıq.
9 oktyabrda baş verənlər:
2008-ci ildə Bakıda “Nəsimi” metrostansiyasının açılışı olub. 2013-cü ildə Azərbaycanda növbəti prezident seçkiləri keçirilib, İlham Əliyev 84,54 faiz səslə yenidən Prezident seçilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi çərçivəsində Azərbaycan Ordusu tərəfindən strateji əhəmiyyətə malik Hadrut qəsəbəsi işğaldan azad olunub. Həmçinin, 2012-ci ildə Pakistanda Taliban məktəbli aktivist Məlalə Yusəfzaya sui-qəsd cəhdi edib.
9 oktyabrda doğulanlar:
1958-ci ildə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Yunis Əliyev dünyaya gəlib.
Həmçinin, 1593-cü ildə niderlandlı cərrah Nikolas Tulp, 1835-ci ildə fransız bəstəkar Kamil Sen-Sans, 1852-ci ildə alman kimyaçısı Emil Fişer, 1862-ci ildə türkiyəli yazıçı Aliye Fatma, 1874-cü ildə rusiyalı rəssam Nikolay Rerix, 1920-ci ildə norveçli yazıçı Yens Byornebu, 1940-cı ildə ingilis müğənnisi və “The Beatles” qrupunun üzvü Con Lennon, 1966-cı ildə Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron, 1969-cu ildə ingilis musiqiçi Pi Cey Harvi, 1987-ci ildə türk aktyoru Barış Arduç və 1996-cı ildə amerikalı model Bella Hadid doğulub.
9 oktyabrda vəfat edənlər:
1944-cü ildə general-mayor, şərqşünas alim Sadıq bəy Ağabəyzadə dünyasını dəyişib.
Həmçinin, 1967-ci ildə fransız yazıçı Andre Morua, 1967-ci ildə Argentina və Kuba inqilabçısı Ernesto Çe Qevara, 1974-cü ildə alman iş adamı Oskar Şindler, 1978-ci ildə belçikalı müğənnisi Jak Brel və 2016-cı ildə polşalı kinorejissor Anje Vayda vəfat edib.
Pərviz

