Bu şəxslərin pensiyası ARTIRILIR

ÖLKƏ
15:14 / 06.08.2020
2425

Azərbaycanda hərbi qulluqçuların pensiya təminatı ilə bağlı yeni qanun layihəsi hazırlanır. 

Bu barədə Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib. 

O bildirib ki, ötən gün dünən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə danışıb. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev layihə barədə məlumat verib. 

O deyib ki, təklifə əsasən, əmək haqlarında artım olan hərbçilərin pensiyası artırılacaq. 

"Digər tərəfdən isə, ümumi əsaslarla da pensiya təminatı onsuz hər il gücləndirilir”, - deyə, A.Əliyev əlavə edib.

2
oxu.az