Bu ölkə də Azərbaycan üçün sərhədlərini AÇDI

ÖLKƏ
19:16 / 21.08.2020
823

Qırğızıstan Azərbaycan da daxil olmaqla, 31 ölkənin vətəndaşları üçün sərhədlərini açıb.

"Sputnik Qırğızıstan” bildirir ki, siyahını Koronavirusla Mübarizə üzrə Respublika Qərargahı dərc edib. 

Siyahıya Rusiya, Gürcüstan, Ermənistan, Belarus, Qazaxıstan, Türkmənistan, Belçika, Avstriya, Böyük Britaniya, Türkiyə, Almaniya, İrlandiya və s. ölkələr daxildir.

Qeyd olunur ki, həmin dövlətlərdə epidemioloji vəziyyətin sabitləşdiyi müşahidə edilir.

0
Qafqazinfo.az