Macarıstanda yeni hökumət parlament deputatlarının səlahiyyət müddətini 12 illə məhdudlaşdıran konstitusiya dəyişikliklərini hazırlayıb. Bu barədə ölkənin baş naziri Peter Macar parlamentdə çıxışı zamanı bildirib.
HİT.az xəbər verir ki, bu barədə MTV telekanalı məlumat yayıb.
“Konstitusiyanın 17-ci dəyişiklik layihəsinə uyğun olaraq, parlament üzvünün mandat müddətini maksimum 12 il ilə məhdudlaşdırmağı təklif edirik”, deyə baş nazir qeyd edib.
Macar əlavə edib ki, bu addım korrupsiya və səlahiyyətdən sui-istifadə hallarına qarşı mübarizəyə yönəlib.
Onun sözlərinə görə, bu məqsədlə Ali Məhkəmə və Konstitusiya Məhkəməsinin rəhbərlərinin təyin olunması və seçilməsi qaydaları da dəyişdiriləcək. Planlara əsasən, həmin vəzifələrə məhkəmə üzvləri öz sıralarından seçim edəcək və onlar 70 yaş həddinə çatana qədər vəzifədə qalacaqlar.
17 iyunda Macar həmçinin bildirmişdi ki, hökumət keçmiş hakimiyyət dövründə, o cümlədən sabiq baş nazir Viktor Orbanın kabineti zamanı mümkün maliyyə pozuntularının araşdırılması üçün yeni qurum yaradılması barədə qanun layihəsi hazırlayıb.
Samir


