Parlament Kamran Əliyevə səs verdi - Yeni Baş prokuror

ÖLKƏ
11:32 / 01.05.2020
1712

Bu gün Milli Məclisin iclasında Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. 

Hit.Az-ın verdiyi xəbərə görə, deputatlar səsverməsi nəticəsində Kamran Əliyev baş prokuror vəzifəsinə namizədliyi təsdiq olunub.

Qanunvericiliyə görə, ölkə Prezidenti İlham Əliyev Milli Məclisin razılığından sonra Kamran Əliyevin təyinatı ilə bağlı sərəncam imzalayacaq.

Kamran Əliyev: "Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm"

“Mənə etimad göstərdiyinə görə möhtərəm Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”

Bunu Milli Məclis tərəfindən ölkənin Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilmiş Kamran Əliyev parlamentin bu gün keçirilən iclasında deyib (report.az).

Onun sözlərinə görə, Azərbaycan müstəqillik illərində çətin və şərəfli yol keçib:

“Ölkə başçısının həyata keçiridiyi siyasət nəticəsində ölkəmizdə sabitlik bərpa edilib. Hazırda ölkəmizdə social və iqtisadi çağırışları hədəfləyən islahatlar aparılır. İslahatlar Azərbaycan Respublikası prokurorluğunu əhatə edir. Hazırda davam etdirilən islahatlar Azərbaycan prokurorluğu qarşısında mühüm və ümdə məsələlər qoyur”.

K.Əliyev deyib ki, bundan sonra da Azərbaycan Baş Prokurorluğunda göstərilən etimadı doğrultamaq üçün lazımi tədbirlər görəcək: "Azərbaycan prokurorluğu dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək".

Qeyd edək ki, K.Əliyev Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisidir.

10