İTV-nin Qarabağ bürosu açılır

ÖLKƏ
16:30 / 13.11.2020
639

İctimai Televiziya və Radio Yayımları haqqında Azərbaycan Respublikasının qanunun 6.0.1 (özünün yayım xidmətlərini yaratmaq) və 6.0.4 (ölkə ərazisində və xaricdə özünün müxbir məntəqələrini, filial və nümayəndəliklərini açmaq) maddəsinə əsaslanaraq, mərkəzi Şuşa şəhərində olmaqla televiziya kanalının Qarabağ bürosunun açılması barədə qərar qəbul edilib.

İctimai Televiziyadan (İTV) Trend-ə bildirilib ki, müharibədən sonrakı vəziyyət imkan verən kimi İctimai Televiziya və Radio Yayımları Şirkətinin Qarabağ bürosu öz fəaliyyətinə başlayacaqdır.

0