WSJ: Tramp Netanyahunun hərbi əməliyyatları davam etdirmə çağırışlarından yorulub

DÜNYA
16:50 / 18.06.2026
45

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun müharibə əməliyyatlarının davam etdirilməsi ilə bağlı təzyiqlərindən narazılıq ifadə edib.

HİT.az xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) mənbələrə istinadən yazıb.

Məlumata görə, Netanyahu telefon danışıqları zamanı ABŞ hərbçilərinin “hansı zərbəni nə vaxt və necə endirməli olduğunu” izah etməyə çalışıb və İsrail kəşfiyyatının məlumatlarına əsaslanaraq konkret əməliyyat planları təklif edib.

Mənbələrin sözlərinə görə, Tramp administrasiyası daxilində bu danışıqlar təkrarlanan məzmun daşıdığı üçün narazılıq yaranıb.

WSJ-nin məlumatına əsasən, İsrail baş naziri İranla bağlı razılaşmaların icrası üzrə yoxlamaların çətinliyini əsas gətirərək Tehrana etimad göstərilməməsi barədə xəbərdarlıq edib.

Eyni zamanda Tramp İsrailin Livana endirdiyi zərbələrdən narazı qaldığını bildirib və “binalara hücumların dayandırılmasını” tələb edib.

Mənbələr qeyd edir ki, ABŞ prezidenti İrandakı gərginliyin artmasının “Böyük depressiya dövrünə bənzər iqtisadi böhran riskini” yarada biləcəyindən ehtiyat etdiyini də ifadə edib.

Məlumatlara görə, Tramp öz müşavirlərinə Netanyahunun “razılaşması çətin bir lider” olduğunu, onun isə “hamını bombalamaq istədiyini” deyib.

"Axios"un daha əvvəl yaydığı xəbərə əsasən, Tramp iyun ayının əvvəlində İsrail baş nazirini “dəli” adlandırıb və ABŞ-ın dəstəyi olmasa, onun “hətta həbsdə ola biləcəyini” söyləyib.

Bununla belə, ABŞ Prezidenti İsrail və ABŞ arasında münasibətlərin “çox yaxşı” olduğunu vurğulayıb və Netanyahunu Livan məsələsində daha məsuliyyətli davranmağa çağırıb.

Samir

0