ABŞ-ın müdafiə naziri Pit Heqset Şimali Atlantika Alyansına üzv ölkələrin müdafiə nazirlərinin görüşündə çıxışı zamanı bildirib ki, NATO uzun müddət “kağız pələng” və “bir istiqamətli küçə” kimi fəaliyyət göstərib.
HİT.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
“Heç vaxt olmadığı qədər müttəfiqlərimiz daha fəal olmalıdırlar. NATO çox uzun müddət kağız pələng və birtərəfli münasibətlər sistemi olub. Bu artıq belə olmayacaq. Müdafiə xərcləri üzrə öhdəliklərin mahiyyəti də məhz budur – NATO-nu yenidən real hərbi alyansa çevirmək, sərt gücə və həqiqi çəkindirmə potensialına əsaslanan NATO 3.0 modelini formalaşdırmaq”, deyə Heqset vurğulayıb.
Onun sözlərinə görə, NATO gələcəkdə Avropanın ənənəvi müdafiəsində aparıcı rol oynayacaq.
Pit Heqset martın 31-də verdiyi açıqlamada bildirmişdi ki, ABŞ İranla bağlı münaqişənin başa çatmasından sonra və bəzi müttəfiqlərin Vaşinqtona dəstək verməkdən imtina etməsini nəzərə alaraq NATO-nun gələcəyi ilə bağlı mövqeyini müəyyənləşdirəcək.
Nazirin fikrincə, əgər alyans üzvlərindən bəziləri ehtiyac yarandığı zaman digər üzv dövlətlərə yardım göstərmək istəmirsə, belə bir birlik tamhüquqlu və effektiv ittifaq sayıla bilməz.
Samir


