Pakistan Hindistana qarşı tətbiq etdiyi hava məkanı məhdudiyyətlərini 24 iyula qədər uzadıb.
HİT.az xəbər verir ki, qərara əsasən, Pakistan hava məkanı Hindistanın bütün mülki və hərbi uçuşları üçün bağlı qalacaq.
"Geo News"un xəbərinə görə, Pakistan Hava Limanları İdarəsi (PAA) Hindistana qarşı hava məkanı qadağasının müddətinin uzadıldığını açıqlayıb.
Qərara əsasən, Pakistan hava məkanı Hindistan tərəfindən həyata keçirilən bütün ticari və hərbi uçuşlar üçün bağlı olacaq. Eyni zamanda Hindistan aviaşirkətləri tərəfindən icarəyə götürülən təyyarələrin də Pakistan hava məkanından istifadəsinə icazə verilməyəcək. Qadağa 24 iyula qədər qüvvədə olacaq.
İki ölkə arasındakı münasibətlər Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsinin Pahalgam rayonunda 2025-ci il 22 aprel tarixində turistlərə qarşı silahlı hücum nəticəsində 26 nəfərin həlak olmasından sonra daha da pisləşib. Bundan sonra ticarət əlaqələri dayandırılıb və hava məkanları qarşılıqlı olaraq bağlanıb.
Samir


