Bakı şəhər Baş Polis İdarəsində Mətbuat xidməti vəzifəsi ləğv edilib.
HİT.Az-ın “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, bundan öncə bu vəzifəni polis mayoru Elşad Hacıyev tuturdu. E.Hacıyev hazırda DİN Mətbuat xidmətinin şöbə rəisidir.
Bundan əlavə, Bakı şəhər BPİ tərəfindən 1993-cü ildə təsis edilən “Polis” qəzeti də fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.