Moldova baş naziri: Əfqanıstan nümayəndələrinə vizalar səhvən verilib

DÜNYA
15:45 / 04.08.2026
51

Moldova baş naziri Vasili Tofan Əfqanıstan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin ölkəyə gəlməsinə icazə verilməsini siyasi baxımdan yanlış qərar adlandırıb. 

HİT.az xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb.

Siyasətçi vurğulayıb ki, Moldova Əfqanıstanda Taliban hərəkatının hakimiyyətini tanımır. Buna görə də səfərin təsdiqlənməsi qiymətləndirmə və dövlət qurumları arasında koordinasiya baxımından yol verilmiş səhv olub.

Tofanın sözlərinə görə, prosedur formal olaraq yerinə yetirilib, lakin tələb olunan siyasi və diplomatik qiymətləndirmə aparılmayıb. O qeyd edib ki, məsələ adi inzibati iş kimi nəzərdən keçirilib və nəticədə vizaların verilməsi ilə bağlı yanlış qərar qəbul olunub.

Əfqanıstan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Moldova şirkətlərindən birinin təşəbbüsü ilə Kişinyova gəlib. Həmin şirkət Əfqanıstana kənd təsərrüfatı məhsullarının tədarükünü təşkil etməyi planlaşdırıb. Əfqanıstan rəsmiləri sanksiya siyahılarında olmadıqları üçün Moldova dövlət qurumlarında bütün yoxlamalardan keçib və vizalar alıblar.

Tofan əlavə edib ki, bu hadisədən sonra yoxlamalar gücləndiriləcək və prosesə Moldova İnformasiya və Təhlükəsizlik Xidməti də cəlb olunacaq.

Samir

0