Model Cici Hadid və aktyor Bredli Kuper Parisdə birlikdə gəzərkən görüntüləniblər.
HİT.az xəbər verir ki, "Daily Mail"in yaydığı fotolarda hər iki məşhurun adsız barmağında üzük görünməsi onların gizli şəkildə evləndikləri barədə iddialara səbəb olub.
Bununla belə, nə Cici Hadid, nə də Bredli Kuper yayılan evlilik şayiələrinə münasibət bildirib.
Gəzinti zamanı Cici Hadid ağ mayka, mavi cins şalvar, idman ayaqqabısı, gün eynəyi və zamş çanta ilə görüntülənib. Model makiyajsız və sadə saç düzümü ilə ictimaiyyət qarşısına çıxıb.
Bredli Kuper isə qara futbolka, şalvar, idman ayaqqabısı, gün eynəyi və kepka seçib.
Xatırladaq ki, iyulun 6-da paparassilər cütlüyü Nyu-York hava limanında, Teylor Svift və Trevis Kelsinin toy mərasimindən bir neçə saat sonra görüntüləmişdilər. Toy barədə verilən suala Cici Hadid gülümsəyərək baş barmağını yuxarı qaldırmaqla reaksiya vermişdi.
Samir


