Türkiyəli məşhur aktyor Mustafa Avkıran ekranlara qayıdır.
Hit.az xəbər verir ki, onun yeni layihəsi bəlli olub.
Sənətçi “Kanal D”nin reytinqləri alt-üst edən “Uzak Şehir” serialının üçüncü mövsümündə çəkiləcək. Təcrübəli aktyor ekran işində “Kartal” obrazına həyat verəcək.
Qeyd edək ki, 63 yaşlı Mustafa Avkıran karyerası ərzində “Yaprak Dökümü”, “Kuzey Güney”, “Kaçak”, “Filinta”, “Yeni Gelin”, “Çukur”, “Leyla” və “Sahtekarlar” kimi reytinqli seriallarda rol alıb.
Pərviz



