Bayram günlərində SMS almadan küçəyə çıxanlara güzəşt ediləcək? - AÇIQLAMA

ÖLKƏ
13:32 / 31.12.2020
1258

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

HİT.Az Baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yazılanlara görə, bayram günləri, yəni dekabrın 31-də, eləcə də yanvarın 1-i vətəndaşlara güzəştlər ediləcək.

Yəni həmin günlərdə SMS almadan belə küçəyə çıxanlara cərimələr yazılmayacaq.

Hüquq-mühafizə orqanlarından bildirildi ki, yazılanlar həqiqəti əks etdirmir. Heç bir halda karantin qaydalarının pozulmasına göz yumulmayacaq və heç bir güzəşt olmayacaq.

0