Yanvarın 14-də saat 7:25-də Türkiyənin İstanbul şəhərindən Bakıya uçmağa hazırlaşan sərnişin təyyarəsi nasazlıq səbəbindən havaya qalxa bilməyib.
Bu haqda Modern.az-a həmin reysin sərnişinləri məlumat veriblər.
Bildirilib ki, təyyarədə nasazlıq aşkarlandığı barədə sərnişinlərə bilgi veriləndən sonra hava gəmisi boşaldılıb.
Sərnişinlər hazırda İstanbul hava limanında gözləyirlər. Onlara başqa təyyarə ayrılacağı bildirilib.
Qeyd edək ki, sərnişinlərin təxliyə olunduğu təyyarə “Türk Hava Yolları”na məxsus olub.