Türkiyəli məşhur müğənni Rafet El Roman növbəti dəfə Azərbaycana gələcək.
Hit.az xəbər verir ki, ifaçı konsert proqramı ilə çıxış edəcək.
Maraqla gözlənilən konsert 2 gün ardıcıl keçiriləcək. Belə ki, Rafet El Roman 16-17 yanvarda Heydər Əliyev Sarayında konsert verəcək. Hər iki gündə də tədbirin başlama vaxtı saat 20:00-dır.
Bilet qiymətləri isə 39 manatdan 199 manata qədərdir. Sənətçi “Senden sonra”, “Bana sen lazımsın”, “Gönül yarası” kimi unudulmaz, eləcə də yeni mahnılarını ölkəmizdəki pərəstişkarları qarşısında canlı oxuyacaq.
Pərviz


