22:52 / 04.05.2021
161

Ramazan ayının 22-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Azərbaycanda Ramazan ayının 22-ci günüdür.

Hit.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 5-də imsak saat 03:53, iftar isə 19:55-dədir.

Ramazan ayının 22-ci gününün duası:

“Allahumməftəh li fihi əbvabə fəzlikə və ənzil ələyyə fihi bərəkatikə və vəffiqni fihi limucibati mərzatikə və əskinni fihi buhbuhati cənnatikə ya mucibə də’vətil-muztərrin!”

Tərcüməsi:

“Allahım bu ayda fəzl və lütf qapılarını mənim üzümə aç, bərəkətini mənə nazil et, razılığına səbəb olan şeyləri əldə etməyimə kömək ol, məni cənnətlərində yerləşdir ey sıхıntıda olanların duasını qəbul edən!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

0